Fiziki şəxslərin əmanətlərində milli valyutanın payı 67%-ə çatıb

2025-ci ilin iyuna olan məlumata əsasən, fiziki şəxslərin banklardakı əmanətlərinin 67%-i və ya 10 milyard 95,8 milyon manatı milli valyutada, 33%-i və ya 4 milyard 964,9 milyon manatı isə xarici valyutada saxlanılır. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Əmanət portfelinin 62,5%-ni və ya 9 milyard 408 milyon manatını müddətli əmanətlər təşkil edir.
İyunda müddətli əmanətlər 2,3% və ya 209,6 milyon manat, tələbli əmanətlər isə 2,1% və ya 116,9 milyon manat artıb.
Hesabat ayı ərzində bank sektoru üzrə unikal müddətli əmanətçi sayı 1,9% və ya 3 112 nəfər, ilin əvvəlindən isə ümumilikdə 11,7% və ya 17 654 nəfər artım göstərib.
Aytac