Nağdsız əməliyyatların həcmi artıb

2025-ci ilin iyununda ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 38.3% artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Cari ilin iyununda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 8,438.7 milyo mnanat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 7,375milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,058 milyon manatı POS-terminallar, 5 milyon manatı isə özünə xidmət terminalları və bankomatların vasitəsilə gerçəkləşdirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67.1%-ni təşkil edib.
Aytac