Məktəblilər Fizika Olimpiadasından 1 gümüş və 2 bürünc medalla qayıdıblar

2025-ci il iyulun 18–24-də Fransanın paytaxtı Parisdə keçirilmiş Beynəlxalq Fizika Olimpiadasında (IPhO 2025) Azərbaycan məktəbliləri 1 gümüş, 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Nəzəri və praktiki mərhələlərdən ibarət olan yarışda Kaspi liseyinin XI sinif şagirdi İbrahim Valehli gümüş medala layiq görülüb.
Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Selcan Süleymanlı və Bakı şəhəri Texniki Humanitar Liseyinin X sinif şagirdi Məhəmməd Cəfərli isə bürünc medal qazanıblar.
Həvəsləndirici mükafatlara Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin X sinif şagirdi Zeynəb Məhəmmədli və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdi Murad Xəlil layiq görülüblər.