Rusiyada İskəndər Xəlilovun oğlunun şirkətində axtarışlar aparılıb/Yenilənib

Rusiyanın “Railgo” şirkəti ofislərində axtarış aparılması ilə bağlı məlumatları təkzib edib.
Şirkətdən APA-ya bildirilib ki, bu gün - 25 iyul 2025-ci il tarixində “Railgo”nun ofisində iş adi ştat rejimində aparılıb.
Eyni zamanda, qeyd edilib ki, şirkətlə bağlı heç bir əməliyyat-istintaq tədbiri keçirilməyib.
“Railgo”nun ofisində axtarış aparılması barədə Rusiyanın "Mash" teleqram kanalı məlumat və foto yaymışdı.
***
Bu gün səhər saatlarında xüsusi təyinatlı qüvvələr və istintaqçılar Moskvada, Lujnikidə yerləşən azərbaycanlıya məxsus “Railgo” şirkətinin ofisinə basqın ediblər. Bu barədə Rusiya mediası məlumat verib.
Məlumata əsasən, hüquq-mühafizə orqanlarının əməkdaşları ofisdə axtarış aparıb, sənədləri müsadirə edib və şirkət əməkdaşlarının binanı tərk etməsinə icazə verməyiblər.
“Railgo” şirkəti Qara dəniz regionu üzərindən, o cümlədən Azərbaycandan neft və neft məhsullarının daşınması ilə məşğuldur. Şirkətin sahibi məşhur azərbaycanlı iş adami İskəndər Xəlilovun oğlu Rəhman Xəlilova məxsusdur.
Hazırda axtarışların səbəbi ilə bağlı rəsmi açıqlama verilməyib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 