Əmək müqavilələrinin 94 faizi elektronlaşdırılıb – nazirlik

“Əmək və Məşğulluq” altsistemi (ƏMAS) üzərindən elektron qaydada 1 milyon 745 minədək əmək müqaviləsi imzalanıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirib.
Nazirliyin yaydığı məlumata görə, bu rəqəm ümumi əmək müqavilələrinin təxminən 94 faizinin elektron formatda rəsmiləşdirildiyini göstərir.
İşəgötürən və işçilər arasında müqavilələrin rəsmiləşdirilməsi “SİMA İmza”, “ASAN İmza” və “SİMA Token” vasitəsilə həyata keçirilir.
ƏMAS sistemi ölkədə rəqəmsal əmək münasibətlərinin qurulması və şəffaflığın artırılması məqsədilə tətbiq olunur.
Gülnar