• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Hacıqabul Sənaye Parkında məhsul istehsalı 55 % artıb


Hacıqabul Sənaye Parkında məhsul istehsalı 55 % artıb
07.08.2025 16:57

 

Bu ilin birinci yarısında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Hacıqabul Sənaye Parkında 65,6 milyon manatlıq məhsul istehsal olunub.

Bu barədə İZİA-ya məlumat yayıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 55 % çoxdur.

Məlumata əsasən, Hacıqabul Sənaye Parkında investisiya həcmi 186 milyon manatdan çox olan 13 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar Sənaye Parkına 64 milyon manat investisiya yatırıb, 576 nəfərlik daimi iş yeri yaradıblar.

Bildirilib ki, Hacıqabul Sənaye Parkı Azərbaycanda investisiya mühitinin yaxşılaşdırılması ilə yanaşı, qeyri-neft sənayesi məhsullarının istehsalında və ixracında əhəmiyyətli rol oynayır.

"Belə ki, Sənaye Parkında indiyədək sahibkarlar tərəfindən 345,6 milyon manatlıq məhsul istehsal edilib ki, bunun da 5,4 milyon manatlıq hissəsi ixracın payına düşür", - məlumatda deyilir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
İqtisadiyyat 15:37
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
"Azərbaycan Dəmir Yolları" 11 ayda 350 blok-qatar qəbul edib
İqtisadiyyat 13:00
"Azərbaycan Dəmir Yolları" 11 ayda 350 blok-qatar qəbul edib
Qızıl bahalaşıb
İqtisadiyyat 10:06
Qızıl bahalaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:05
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
İqtisadiyyat 14:30
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb
İqtisadiyyat 12:24
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb

İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
İqtisadiyyat 11:54
İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
İqtisadiyyat 11:42
Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol