Bitkoin bir gündə iki rekord vurdu

Bitkoinin qiyməti cümə axşamı saat 07:06-da $123 866 səviyyəsinə çataraq yeni tarixi maksimumunu müəyyən edib. Bu barədə Binance birjasının ticarət məlumatlarında deyilir.
Həmin gecə kriptovalyuta artıq bir dəfə rekordu yeniləmiş və $123 500 həddini aşmışdı. Son 24 saatda qiymət 3,7%-dən çox artıb.
Əvvəlki maksimum iyulun 14-də qeydə alınıb.
Həmin vaxt bitkoin ilk dəfə $120 000 həddini keçmiş və $123 000-dan yuxarı qalxıb.
N.Tebrizli