• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü

Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14.08.2025 16:13

 

Ölkənin birinci bankı Kapital Bank dünyanın ən nüfuzlu biznes mükafatlarından biri olan, “İş dünyasının Oskarı” kimi dəyərləndirilən “Stevie Awards” proqramında 5 kateqoriya üzrə mükafat qazanıb. 

2002-ci ildən etibarən keçirilən “Stevie Awards”, dünyada ən çox iştirakçının qatıldığı beynəlxalq biznes mükafat proqramlarından biridir. 2025-ci ildə proqramda Beynəlxalq Biznes Mükafatları (“International Business Awards”) çərçivəsində 78 ölkədən 3800-dən çox müraciət dəyərləndirilib və yüzlərlə beynəlxalq layihə 22 əsas, 661 alt kateqoriyada yarışıb.

İnnovativ texnologiyaların tətbiqi və  müştəriyönümlü proseslərlə bağlı layihələrlə proqrama qatılan Kapital Bank “İstehlakçı xidmətləri” nominasiyasında proqramın qızıl mükafatı “Gold Stevie Winner”, “İstehlakçı xidmətləri üzrə ilin liderlik kampaniyası”, “İlin müştəri xidməti departamenti”, “Müştəri xidmətləri üzrə həllər”“Müştəri məmnuniyyətində nailiyyət” nominasiyalarında isə “Silver Stevie Winner” gümüş mükafatlarına layiq görülüb.

Kapital Bank-ın Bank Əməliyyatları Ofisinin lideri Məhəmməd İbrahimov bu haqda fikirlərini bölüşüb: “Kapital Bank olaraq, müştərilərimizin etimadını qazanmaq və onlara ən yüksək keyfiyyətli xidmətləri təqdim etmək bizim üçün ən prioritet məsələdir. “Stevie Awards” kimi nüfuzlu mükafat isə komandamızın peşəkarlığının, işinə bağlılığının və müştəri məmnuniyyətini ön planda tutmağının nəticəsidir. Biz hər zaman innovativ yanaşmalarla müştərilərimizin ehtiyaclarına cavab verməyə çalışırıq. Bu kimi beynəlxalq uğurlar göstərdiyimiz səylərin doğru yöndə olduğunu təsdiqləyir. Əminəm ki, bu mükafatlar müştəri xidmətləri sahəsindəki liderliyimizi daha da gücləndirmək və daha böyük uğurlar üçün komandamıza ilham olacaq” .

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
İqtisadiyyat 15:37
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
"Azərbaycan Dəmir Yolları" 11 ayda 350 blok-qatar qəbul edib
İqtisadiyyat 13:00
"Azərbaycan Dəmir Yolları" 11 ayda 350 blok-qatar qəbul edib
Qızıl bahalaşıb
İqtisadiyyat 10:06
Qızıl bahalaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:05
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
İqtisadiyyat 14:30
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb
İqtisadiyyat 12:24
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb

İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
İqtisadiyyat 11:54
İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
İqtisadiyyat 11:42
Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol