Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

2025-ci ilin yanvar-iyulunda Azərbaycanda 15 639,5* kVt/saat elektrik enerjisi istehsal olunub, bu da illik müqayisədə 2,6% artım deməkdir.Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, hesabat dövründə ölkədə istehsal olunan elektrik enerjisinin 15 109,9 kVt-saatı əmtəəlik məhsulun payına düşüb (2,6% artım).
Ölkədə istehsal olunan elektrik enerjisinin ən böyük payı – 12 668,6 kVt/saat istilik elektrik stansiyalarının üzərinə düşüb ki, bu da 2024-cü ilin yanvar-iyun göstəricisindən 0,9 artıb.
cari birinci yarısında ərzində Azərbaycanda istehsal olunan elektrik enerjisinin qalan hissəsi su elektrik stansiyalarından, eləcə də digər alternativ və bərpa olunan enerji mənbələrindən əldə edilib.
Azərbaycanda elektrik enerjisinin istehsalı: