• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Yanvar–iyul aylarında BTC ilə neft ixracı 5,9% azalıb

Yanvar–iyul aylarında BTC ilə neft ixracı 5,9% azalıb
18.08.2025 11:56

 Rəsmi məlumatlara görə, 2025-ci ilin yanvar–iyulunda Azərbaycan neftinin Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,9% azalaraq 16,2 milyon ton təşkil edib. Azalmanın səbəbi neftin üzvi xlorid ilə çirklənməsi olub.

BP  şirkəti tərəfindən idarə olunan və Gürcüstan üzərindən Türkiyənin Ceyhan limanına uzanan BTC kəməri Azəri–Çıraq–Günəşli (AÇG) yataqlarından hasil edilən xam neftin ixracı üçün istifadə olunur.

Həcm azalması həm Azərbaycanın neft ehtiyatlarının tükənməsi, həm də son keyfiyyət problemi ilə əlaqələndirilir.

Keçən ay BTC markalı neftdə üzvi xlorid izləri aşkarlanıb. Bu maddə hasilatı artırmaq üçün istifadə olunsa da, kəmərlə daşınmazdan əvvəl neftdən təmizlənməlidir.

Çirklənmə səbəbindən qiymət fərqləri son dörd ilin minimumuna düşüb və yükləmələrdə gecikmələr yaranıb.

Hadisə nəticəsində Türkiyənin Ceyhan limanından neft yükləmələri bir neçə gün dayandırılıb, daha sonra bərpa olunub.

Analitik şirkət Kpler-in məlumatına əsasən, iyulda Ceyhandan BTC yükləmələri gündəlik 423 min barrel təşkil edib ki, bu da planlaşdırılmış 561 min barreldən azdır.

Yanvar–iyulda Azərbaycanın ümumi neft tranziti 21,6 milyon ton olub, bunun 75%-i BTC vasitəsilə daşınıb. BTC ilə digər ölkələrdən, o cümlədən Qazaxıstan və Türkmənistandan tranzit olunan neftin həcmi isə 3,214 milyon tondan 2,645 milyon tona düşüb.

Çirklənmənin miqyası və müştərilərə təsiri hələlik bəlli deyil.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Rusiya yenidən Azərbaycanın maraqlarını hədəf alır
İqtisadiyyat 12:04
Rusiya yenidən Azərbaycanın maraqlarını hədəf alır
Maliyyə Nazirliyi aqrar subsidiyalarla bağlı islahatlar keçirəcək
İqtisadiyyat 11:57
Maliyyə Nazirliyi aqrar subsidiyalarla bağlı islahatlar keçirəcək
Yanvar–iyul aylarında BTC ilə neft ixracı 5,9% azalıb
İqtisadiyyat 11:56
Yanvar–iyul aylarında BTC ilə neft ixracı 5,9% azalıb
Dörd ildə 2,2 milyard manat kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiya ödənilib
İqtisadiyyat 11:51
Dörd ildə 2,2 milyard manat kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiya ödənilib
Ötən il nə qədər körpə ölüb?
İqtisadiyyat 10:47
Ötən il nə qədər körpə ölüb?
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 10:28
Qızılın qiyməti bahalaşıb

Dünya bazarlarında neft cüzi bahalaşıb
İqtisadiyyat 10:10
Dünya bazarlarında neft cüzi bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb
Rusiya SOCAR-ın Ukraynadakı terminallarına yenidən hücum edib
İqtisadiyyat 08:10
Rusiya SOCAR-ın Ukraynadakı terminallarına yenidən hücum edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol