• $ 1.7
  • € 1.9827
  • ₽ 0.021317
  • ₺ 0.0416
  • £ 2.3029

Trampla Zelenski Ağ Evdə görüşüb - Canlı -Yenilənib

Trampla Zelenski Ağ Evdə görüşüb - Canlı -Yenilənib
18.08.2025 21:56

ABŞ Prezidenti Donald Trump və Ukrayna Prezidenti Volodimir Zelenski Ağ Evdə bir araya gəlib.

ABŞ prezidenti Trump bildirib ki, Rusiya-Ukrayna münaqişəsinin həllində irəliləyiş görür və Alyaskada Rusiya Prezidenti Vladimir Putin ilə keçirdiyi görüşü xatırlayaraq, hazırkı vəziyyəti həll etmək üçün əlverişli fürsət kimi qiymətləndirib.

Zelenski isə sülhün bərqərar olması istiqamətində göstərilən səylərə görə Trump-a təşəkkür edib və Putinə yazdığı məktuba görə həyat yoldaşı Melani Trampa da minnətdarlığını ifadə edib.

Görüşdə ABŞ tərəfdən dövlət katibi Marko Rubio, vitse-prezident Cey Di Vens və xüsusi nümayəndə Stiv Uitkoff, Ukrayna tərəfdən isə Prezident Aparatının rəhbəri Andrey Yermak və Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov iştirak edib.

***

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenskini qarşılayıb.

Liderlər hazırda Oval kabinetdə mətbuata birgə açıqlamalar verir.

 

 

***

Avropa liderləri Tramp-Zelenski görüşündə iştirak etmək üçün Ağ evə gəlməyə başlayıblar.

Bu gün Ağ evdə ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş olacaq. Görüş əvvəlcə ikitərəfli, sonra Avropa liderlərinin iştirakı ilə geniş tərkibdə keçiriləcək.

***

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ilə mümkün sülh razılaşması ilə bağlı ABŞ prezidenti Donald Tramp və Avropa liderləri ilə danışıqlar aparmaq üçün Vaşinqtona gəlib.

Ağ Evin məlumatına görə, Zelenski və Tramp saat 21:15-də (Bakı vaxtı ilə) Oval kabinetdə görüşəcək.

Daha sonra Tramp Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Almaniya kansleri Fridrix Mers, Böyük Britaniyanın baş naziri Kir Starmer və digər Avropa liderləri ilə görüş keçirəcək.

Vaşinqtonun mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, Ağ Ev ətrafında yollar bağlanıb, əlavə yoxlama məntəqələri qurulub.

Zelenski bildirib ki, Ukraynanın məqsədi ərazi güzəştləri olmadan ədalətli və davamlı sülhə nail olmaqdır.

O, ABŞ və müttəfiqlərə dəstəyə görə təşəkkür edib və Rusiyanı gerçək sülhə məcbur etmək üçün birgə səylərin vacibliyini vurğulayıb.

Tramp isə daha əvvəl bəyan edib ki, “Zelenski Krımdan və NATO-ya üzvlük niyyətindən imtina etsə, müharibəni dərhal dayandıra bilər”.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Trampla Zelenski Ağ Evdə görüşüb - Canlı -Yenilənib
Dünya 21:56
Trampla Zelenski Ağ Evdə görüşüb - Canlı -Yenilənib
Aİ ABŞ danışıqlarından sonra onlayn sammit keçirəcək
Dünya 20:21
Aİ ABŞ danışıqlarından sonra onlayn sammit keçirəcək
Трамп не оставляет ХАМАС шанса
Dünya 20:04
Трамп не оставляет ХАМАС шанса
Путин назначил Лаврову нового заместителя
Dünya 19:24
Путин назначил Лаврову нового заместителя
Zelenski Vaşinqtonda Kelloqla görüşüb
Dünya 18:08
Zelenski Vaşinqtonda Kelloqla görüşüb

Qırğızıstana məxsus təyyarə Vnukovoda təcili eniş edib
Dünya 17:40
Qırğızıstana məxsus təyyarə Vnukovoda təcili eniş edib
Məsud Pəzeşkiyan Ermənistana səfər edib
Dünya 15:43
Məsud Pəzeşkiyan Ermənistana səfər edib
Paşinyan kilsə ilə bağlı ifadələrinə görə üzr istəyib, amma mövqeyini dəyişməyib
Dünya 09:38
Paşinyan kilsə ilə bağlı ifadələrinə görə üzr istəyib, amma mövqeyini dəyişməyib
Ukraynanın “Flamingo” ballistik raketinin ilk fotosu dərc olunub
Dünya 09:21
Ukraynanın “Flamingo” ballistik raketinin ilk fotosu dərc olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol