Macarıstan “Drujba” kəməri ilə neft idxalını bərpa edib – nazir

Bu həftənin əvvəlində Ukraynanın zərbəsi nəticəsində dayandırılan “Drujba” boru kəməri ilə Macarıstana neft axını bərpa olunub. Bu barədə xarici işlər naziri Peter Siyarto bildirib.
Siyarto Facebook səhifəsində yazıb ki, Rusiya energetika nazirinin birinci müavini Pavel Sorokinlə telefon danışığında zərərin tezliklə aradan qaldırılmasına görə minnətdarlığını bildirib.
“Ukraynanın iki gün əvvəlki hücumundan sonra Macarıstana neft tədarükü son dəqiqələrdə bərpa edildi,” – o bildirib.
Nazir əlavə edib ki, Macarıstan Ukraynadan boru kəmərinə yeni hücumlardan çəkinəcəyini gözləyir və onu ölkənin enerji təchizatı üçün kritik əhəmiyyətli adlandırıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 