ŞƏT sammiti avqustun 31-də Tyançjində keçiriləcək

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti avqustun 31-dən sentyabrın 1-dək Çinin Tyançjin şəhərində keçiriləcək. Bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lü Bin mətbuat konfransında bildirib.
Sammitdə 20-dən çox ölkənin rəhbərləri və 10 beynəlxalq təşkilatın nümayəndələri iştirak edəcəklər.
Dəvət olunanlar arasında Rusiya, Belarus, İran, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan prezidentləri və Hindistanın baş naziri var.