• $ 1.7
  • € 1.9744
  • ₽ 0.021116
  • ₺ 0.0414
  • £ 2.2862

“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı

“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
28.08.2025 16:36

Kapital Bank-ın təşəbbüsü ilə 2023-cü ildə start verilən “Birbank” tələbə təqaüd proqramı uğurla yekunlaşıb. Proqramın ilk seçim mərhələsinə 3000-dən çox tələbə müraciət edib, onlardan seçilən 15 nəfər namizəd “Birbank təqaüdçüsü” adını qazanaraq iki il ərzində ayda 300 AZN məbləğində təqaüd almaq imkanını əldə edib.  


Təqaüdçülər ölkəmizin 8 aparıcı ali təhsil müəssisəsində kompüter elmləri, informasiya texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə məzun olublar. Onlar bu müddət ərzində yalnız maddi dəstək deyil, həm də Kapital Bank-da real iş təcrübəsi, müxtəlif peşəkar təlim və seminarlar, həmçinin mentor dəstəyi ilə fərdi inkişaf imkanları əldə ediblər. 
Layihənin bağlanış mərasimində Kapital Bank-ın İstedadların idarə olunması departamentinin direktoru Aygün Həsənova iştirakçılara iki il ərzində qazandıqları bilik və təcrübələr, həmçinin gələcəkdə tələbələrin inkişafına yönəlik bu tipli proqramların daha da təkmilləşdirilməsi üçün hansı təşəbbüslərin həyata keçirilə biləcəyi ilə bağlı suallar ünvanlayıb. 


Xüsusilə qeyd edək ki, proqramın iki məzunu Samin Hüseynov və  Yaqub Əhmədov dünyanın Top 10 universiteti sırasında olan Kembric Universiteti (University of Cambridge) və İmperial Kollecində (Imperial College London) magistr təhsili almaq hüququ qazanaraq təhsillərini xaricdə davam etdirmək imkanı əldə ediblər. 
Qeyd edək ki, yaxın günlərdə tələbələrlə bağlı yeni bir inkişaf proqramı elan olunacaq. 
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – //kbl.az/prgtk, Birbank kartı sifarişi üçün – //kbl.az/prcrc.  
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
İqtisadiyyat 16:36
“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
Azərbaycan sığorta bazarında yığımlar 12,5%, ödənişlər 20% artıb
İqtisadiyyat 11:35
Azərbaycan sığorta bazarında yığımlar 12,5%, ödənişlər 20% artıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:03
Azərbaycan nefti bahalaşıb
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - Məzənnə
Biznesinizi idarə etməyin mobil yolu
İqtisadiyyat 15:48
Biznesinizi idarə etməyin mobil yolu
TANAP vasitəsilə Avropaya nəql edilən Azərbaycan qazı 50 milyard kubmetrə çatıb
İqtisadiyyat 14:43
TANAP vasitəsilə Avropaya nəql edilən Azərbaycan qazı 50 milyard kubmetrə çatıb
Birbank-ın “İndi al, sonra ödə” imkanı ilə Trendyolda alış-veriş daha rahatdır!
İqtisadiyyat 12:50
Birbank-ın “İndi al, sonra ödə” imkanı ilə Trendyolda alış-veriş daha rahatdır!
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:19
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
İqtisadiyyat 17:21
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol