İlin ilk 8 ayında sərnişindaşımada 20% artım qeydə alıb

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 2025-cü ilin səkkiz ayında ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 6,21 milyon sərnişin daşıyıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20% artım deməkdir. Bu barədə məlumatı ADY yayıb.
Yalnız avqustda daşınan sərnişin sayı 734 min 218 nəfər təşkil edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 12,3% artım deməkdir.
Gülnar
Oxşar xəbərlər
Oxşar xəbərlər