Erik Tramp milyarder oldu

ABŞ prezidenti Donald Trampın oğlu Erik Trampın həmtəsisçisi olduğu “American Bitcoin Corp” şirkətinin səhmləri birjada debütdən sonra bahalaşıb və onun payı təxminən 950 mln dollara çatıb. Bu barədə “Forbes” yazıb.
Şirkətin dəyəri 7,3 mlrd dollar qiymətləndirilir.
Erik Trump sentyabrın 1-i tarixinə 275 mln dollar dəyərində 2 443 bitkoinə sahibdir.
Daha əvvəl “WSJ” Tramp ailəsinin WLFI kriptovalyutasından təxminən 6 mlrd dollar qazandığını bildirib.
N.Təbrizli
Son xəbərlər
Daha çox 