Rus almazları Ermənistan üzərindən Qərb bazarına çıxır

Sanksiyalara baxmayaraq, Rusiyanın "Alrosa" şirkətinin almazları Avropa və ABŞ bazarlarına Ermənistan vasitəsilə daxil olur.
Avropa jurnalistlərinin araşdırmasına görə, 2022-ci ildə yaradılan "First Diamond Company" (FDC) Rusiya daşlarını Ermənistana ixrac edib, orada isə onların mənşəyi "itirilir".
2023-cü ilin yanvarından 2024-cü ilin martına kimi Ermənistana 300 milyon dollarlıq almaz göndərilib.
Daşlar ADM Diamonds və Fancy Jewelry kimi şirkətlərdə emal olunduqdan sonra artıq Rusiya mənşəli sayılmır və Qərbə ixrac olunur.
FDC ilə işləyən əsas tərəflər arasında Hindistanın KGK Group-la bağlı Imperial Diamond, həmçinin Gloria Gems Trading və Mohit Diamonds var.
Araşdırmada "Alrosa" tərəfindən yaradılan başqa şirkətlərin də – Trading Horizons və Diamond Trading House – sanksiyalardan yayınmaq üçün istifadə edildiyi qeyd olunub.
N.Təbrizli
Son xəbərlər
Daha çox 