Azərbaycanda adambaşına düşən ət 32% azalıb - Rəsmi

2025-ci ilin səkkiz ayında ət tədarükü və adam başına düşən ət istehlakı 2024-cü illə müqayisədə əhəmiyyətli dərəcədə azalıb. Bu barədə Dövlət Gömrük Komitəsinin səkkiz aylıq hesabatında qeyd olunub.
2024-cü ildə ölkədə ümumi ət miqdarı 35 526.69 ton təşkil edirdisə, bu göstərici 2025-ci ildə 28 184.22 tona enib – bu, təxminən 20.7% azalma deməkdir.
Ətin ümumi dövriyyəsi (istehsal və ya istehlak + idxal və s.) 2024-cü ildə 78 899.98 ton, 2025-ci ildə isə 63 240.74 ton olub ki, bu da 19.9% azalma ilə müşayiət olunur.
Adam başına düşən ət miqdarı isə 2024-cü ildə 0.62 ton, 2025-ci ildə isə 0.42 ton olaraq qeydə alınıb — bu, təxminən 32% azalma deməkdir.
İqtisadçılar hesab edir ki, bu geriləməyə bir sıra amillər, o cümlədən kənd təsərrüfatında məhsuldarlığın azalması, yem xərclərinin artması, əhalinin istehlak davranışındakı dəyişikliklər və regional tədarük zəncirlərindəki problemlər təsir edə bilər.
Gülnar Nazimqızı