• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Azərbaycan icbari sosial sığorta sahəsində islahatlar aparılacaq

Azərbaycan icbari sosial sığorta sahəsində islahatlar aparılacaq
28.05.2020 21:58
Bu gün Dövlət Sosial Müdafiə Fondu (DSMF) gələcək prioritetlərini açıqlayıb.Fond bütün Azərbaycanı əhatə edən vahid fərdi uçot məlumatlarına əsasən pensiya hesablanmasını nəzərdə tutan pensiya sığorta sisteminin maliyyə dayanıqlığını daha da artırmaq, bazar iqtisadiyyatının şərtlərinə uyğun inkişafını reallaşdırmaq və bu əsasda prinsipləri daha da gücləndirmək, əhaliyə dövlət pensiya təminatından əlavə, özəl qeyri-dövlət pensiya fondları vasitəsilə pensiya təminatı imkanlarını yaradacaq. «APA-Economics»in məlumatına görə, qurumun yeni hədəfləri haqqında DSMF sədri Elman Mehdiyev danışıb. Onun sözlərinə görə, Fondun əsas məqsədlərindən biri dövlətin maliyyə öhdəlikləri ilə sığorta pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi olacaq. O, deyib ki, hazırda DSMF-nin üzərində birbaşa dövlət öhdəliklərinə aid olan qeyri-sığorta xarakterli maliyyə öhdəlikləri var. Bu öhdəliklərin fərqləndirilməsi və Fondun sərbəst vəsaitlərinin əldə olunaraq, maliyyə alətlərindən istifadə edilməklə, maliyyə bazarında iştirak etməsi, gəlirlərinin artması qarşıda duran prioritetlərdəndir. E.Mehdiyev ümumilikdə qeyri-sığorta xarakterli maliyyə öhdəliklərinin 1,3 mlrd. manata yaxın olduğunu açıqlayıb: «Lakin dövlət büdcəsindən ayrılan transfertlərin həcmi bundan aşağı məbləğdədir. Bundan başqa, sosial sığorta haqları ilə təyin olunan pensiyalar arasındakı uyğunsuzluğun da aradan qaldırılması mühüm islahat istiqamətlərindəndir. Məsələn, rayon yerlərində, kiçik sahibkarlıq subyektlərində sosial sığorta haqlarının cəlb olunma dərəcələrinə diqqət yetirilsə, bunun hazırda təyin olunan pensiyalar arasında çox böyük fərqə gətirib çıxardığını müşahidə etmək mümkündür. Bu, maliyyə dayanıqlığına mənfi təsir göstərən amillər kimi qiymətləndirilir. Həmin məsələnin də tənzimlənməsi hədəflərdən biridir». Qeyd edək ki, DSMF növbəti islahatlarını fərdi hesabları ödənilən sosial sığorta haqlarının tam məbləğdə əks olunması sistemində aparmağı planlaşdırır. Bundan başqa, daha yüksək əmək haqqından yüksək sığorta haqqı ödəyən şəxslərə müəyyən təşviq vasitələrinin verilməsi də nəzərdə tutulub. Yəni, vətəndaş istəyindən asılı olaraq, sığorta haqqını dövlət məcburi sosial sığortalanma sistemində saxlayaraq, sığorta hissəsi vasitəsilə təminatına keçirə və ya könüllü şəkildə DSMF-nin yeni təqdim edəcəyi yığım elementinin istifadəsinə yönəldə biləcək. Həmçinin, DSMF sosial sığorta haqqının normativinin də strukturunu təkmilləşdirməyi planlaşdırır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol