• $ 1.7
  • € 1.9942
  • ₽ 0.020372
  • ₺ 0.0411
  • £ 2.2883

Ambaninin Reliance şirkəti Rusiyadan 33 milyard dollarlıq neft alıb

Ambaninin Reliance şirkəti Rusiyadan 33 milyard dollarlıq neft alıb
24.09.2025 07:14

Asiyanın ən varlı iş adamı Mukeş Ambaniyə məxsus Hindistanın Reliance Industries şirkəti Rusiyadan təxminən 33 milyard dollarlıq neft alıb.  Bu barədə ə The Washington Post Hindistan hökumətinin məlumatına istinadən yazıb.

Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) hesablamalarına görə, bu rəqəm Rusiyanın 410 milyard dollarlıq neft ixracının 8%-ni təşkil edir.

«Bu, təkcə bir şirkət üçün kifayət qədər böyük göstəricidir», – CREA analitiki Vaibhav Raqunandan bildirib.

Müharibədən əvvəl Hindistan demək olar ki, Rusiyadan neft almırdı, lakin Qərbin sanksiyalarından və hər barrel neftin qiymətinə qoyulan 60 dollarlıq məhdudiyyətdən sonra əməliyyatlar sərfəli olub. Hindistanın emal müəssisələri ucuz xammalı alaraq yanacağı bazar qiymətinə satıblar.

Kpler-in məlumatına görə, Reliance neftin yarısını Rusiyadan alıb.

Financial Times yazır ki, 2022-ci ildən Reliance ucuz Rus neftindən əlavə 6 milyard dollar qazanıb, bu isə Hindistan şirkətlərinin 16 milyard dollarlıq ümumi əlavə mənfəətinin 38%-nə bərabərdir.

Energy Aspects-in qiymətləndirməsinə görə, Hindistan orta hesabla barrelin qiymətinə 11 dollar endirim əldə edib.

Avqustda Donald Tramp Hindistana qarşı idxal rüsumlarını 50%-ə qaldıraraq Rusiyadan neft alışını dayandırmağı tələb edib, iyulda isə Aİ Rusiya neftindən istehsal olunan yanacaq idxalına embarqo qoyub.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro və rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:13
Avro və rubl bahalaşıb - Məzənnə
Aİ 2027-ci ilə qədər Rusiya enerji daşıyıcılarından imtina edəcək — von der Leyen
İqtisadiyyat 07:31
Aİ 2027-ci ilə qədər Rusiya enerji daşıyıcılarından imtina edəcək — von der Leyen
Ambaninin Reliance şirkəti Rusiyadan 33 milyard dollarlıq neft alıb
İqtisadiyyat 07:14
Ambaninin Reliance şirkəti Rusiyadan 33 milyard dollarlıq neft alıb

Şəmkirdə HBI zavodu tikiləcək
İqtisadiyyat 15:50
Şəmkirdə HBI zavodu tikiləcək
“AzərGold”un yataqlarında 70 milyon ton artım qeydə alınıb
İqtisadiyyat 15:43
“AzərGold”un yataqlarında 70 milyon ton artım qeydə alınıb

Daşkəsən dəmir filizi layihəsi ÜDM-ə 13 milyard dollarlıq töhfə verəcək
İqtisadiyyat 15:37
Daşkəsən dəmir filizi layihəsi ÜDM-ə 13 milyard dollarlıq töhfə verəcək
SOCAR İtaliya şirkətindən pay alır
İqtisadiyyat 14:35
SOCAR İtaliya şirkətindən pay alır
Tibbi sığorta üzrə yeni metodlar olsa dayanıqlı bir fond yaradıla bilər- Zaur Əliyev
İqtisadiyyat 13:12
Tibbi sığorta üzrə yeni metodlar olsa dayanıqlı bir fond yaradıla bilər- Zaur Əliyev
Tibbi turizm xidmətinin Azərbaycanda tədbiq olunmasına ehtiyac var- Vüqar Qurbanov
İqtisadiyyat 13:07
Tibbi turizm xidmətinin Azərbaycanda tədbiq olunmasına ehtiyac var- Vüqar Qurbanov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol