8 ayda POS-terminallarla bağlı 1 000-dən çox qanun pozuntusu aşkarlanıb

2025-ci ilin yanvar – avqustunda ölkədə POS-terminallardan istifadə ilə bağlı keçirilmiş nəzarə tədbirləri zamanı 1 143 qanun pozuntusu aşkar edilib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə onların quraşdırılmaması və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1 000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.
2025-ci il avqustun 1-də Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,1 % artaraq 823,9 min olub.
Ötən il Azərbaycanda əlavə dəyər vergisi (ƏDV) daxilolmalar 8 milyard 103,9 milyon manat, 2023-cü illə müqayisədə isə 766,5 milyon manat və yaxud 9,4 % çox icra olunub.
Aytac


