Nicat Əsgərov: Orta Dəhliz sadəcə tranzit yox, əlavə dəyər yaradan platforma olacaq

Azərbaycan Orta Dəhlizdə yeni mərhələyə qədəm qoyaraq Xəzər regionunu sadəcə tranzit zonası yox, əlavə dəyər yaradan logistika mərkəzinə çevirmək niyyətindədir. Bunu Abşeron logistika mərkəzinin beynəxalq daşımalar departamentinin direktoru Nicat Əsgərov Bakıda “Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən tədbirdə deyib. Bakıda “Xəzər və Mərkəzi Asiya - neftemalı, neft-kimyası, ticarət, logistika” mövzusunda keçirilən tədbirdə deyib.
Əsgərovun sözlərinə görə, məqsəd dəhlizin cəlbediciliyini artırmaq və logistika mərkəzlərini sadəcə dayanacaqdan regional paylama platformasına çevirməkdir.
“Bu transformasiya məhsulların yalnız sərhəddən sərhədə daşınması ilə məhdudlaşmamalıdır. Biz konsolidasiya, qablaşdırma, yenidən qablaşdırma, etiketləmə, rekonsolidasiya, hətta yüngül istehsal və məhsulların terminallarda və mərkəzlərdə saxlanılması kimi xidmətlər təqdim edirik”, – Əsgərov deyib.
O əlavə edib ki, Abşeron quru limanı bu modelin parlaq nümunəsidir.
“Bu mərkəz ticarəti sadəcə asanlaşdırmayacaq, onu formalaşdıracaq, daha çox yüklər və tərəfdaşlar cəlb edəcək. Biz yalnız infrastruktur deyil, bütöv bir ekosistem — hərtərəfli xidmət və həllər şəbəkəsi yaradırıq",- o bildirib.
Əsgərov vurğulayıb ki, belə ekosistem bizneslərə çeviklik, daha qısa təchizat zənciri müddəti və xərclərin azalması imkanı verir, həmçinin yüklərin fasiləsiz hərəkətini təmin edərək uzunmüddətli ticarət əlaqələrini möhkəmləndirir.
Gülnar Nazimqızı


