Qlobal borc ikinci rübdə rekord 337,7 trilyon dollara çatıb — IIF

Qlobal borc 2025-ci ilin ilk 6 ayında 21 trilyon dollardan çox artaraq ikinci rübün sonunda rekord 337,7 trilyon dollara yüksəlib. Bu barədə Beynəlxalq Maliyyə İnstitutu (IIF) məlumat verib.
Artım qlobal maliyyə şəraitinin yumşalması, ABŞ dollarının zəifləməsi və əsas mərkəzi bankların daha yumşaq siyasəti ilə izah olunur.
Çin, Fransa, ABŞ, Almaniya, Böyük Britaniya və Yaponiyada dollar ifadəsində borcun ən böyük artımı qeydə alınıb. Bu qismən dolların ucuzlaşması ilə bağlıdır.
Bu il ABŞ valyutası əsas ticarət tərəfdaşlarının valyuta səbətinə qarşı 9,75% zəifləyib.
İnkişaf etməkdə olan ölkələrin borcu 3,4 trilyon dollar artaraq rekord 109 trilyon dollara çatıb.
İİF-ə görə, əsas artım xüsusən G7 ölkələri və Çinin dövlət borcu hesabına baş verib.
N.Təbrizli