AİB Azərbaycanda ilk manat istiqrazlarını buraxdı

Avropa Yenidənqurma və İnkişaf Bankı (AİB) Azərbaycanda ilk dəfə manatla istiqrazlar buraxaraq 50 milyon manat (29,4 milyon dollar) cəlb edib. Bank bunu ölkənin kapital bazarlarının inkişafına dəstək üçün mühüm addım adlandırıb.
"Bu addım onillik əməkdaşlığın nəticəsidir və digər beynəlxalq maliyyə qurumlarının da manat istiqrazları buraxmasına yol açacaq", - .AİB-in Mərkəzi Asiya, Qafqaz və Türkiyə üzrə istiqrazlar üzrə direktor müavini Mixail Qreçixo Bakı Fond Birjasında keçirilən açılış zəngi mərasimində bildirib.
Bir illik istiqrazların hər biri 100 min manatlıq nominalla təklif edilib və tam abunə olunub. Ümumi sifarişlərin həcmi 55,2 milyon manat təşkil edib.
Azərbaycan son illər enerji və infrastruktur layihələrinə sərmayəni artırıb və yaşıl enerji layihələrində əməkdaşlıq vəd edərək daha çox xarici investor cəlb etməyə çalışır.
İqtisadiyyat Nazirliyinə görə, 2025-ci ilin yanvar–iyun aylarında əsas kapitala xarici investisiyalar real ifadədə illik müqayisədə 28,6% artaraq 1,2 milyard dolları ötüb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 