• $ 1.7
  • € 1.994
  • ₽ 0.020497
  • ₺ 0.0409
  • £ 2.2847

G7 bu gün Rusiyanı neft gəlirlərindən məhrum edəcək

G7 bu gün Rusiyanı neft gəlirlərindən məhrum edəcək
02.10.2025 07:33

“Böyük yeddilik” (G7) ölkələrinin maliyyə nazirləri Rusiyaya təzyiqi gücləndirmək üçün birgə addımlar atmaq barədə razılığa gəlib. Bu barədə Kanadanın rəsmi hökumət saytında dərc olunan birgə bəyanatda qeyd olunub.

Bəyanatda bildirilir ki, G7 ölkələri Ukraynanın maliyyə ehtiyaclarını ödəmək üçün yeni mexanizmlər hazırlayır, o cümlədən öz yurisdiksiyalarında dondurulmuş Rusiya aktivlərindən koordinasiyalı şəkildə istifadə etməyi planlaşdırır.

Nazirlər həmçinin Rusiyanın əsas gəlir mənbəyi olan neft ixracına qoyulan məhdudiyyətlərin sərtləşdirilməsinə razılaşıblar.

“Rusiyanın neft alışını artıran və ya sanksiyalardan yayınmağa kömək edənlərin fəaliyyətinin qarşısı alınacaq”, – bəyanatda vurğulanır.

Bloomberg yazır ki, razılaşdırılan sənəd hələ yekun deyil, lakin yaxın günlərdə G7 ölkələri Rusiyanın enerji, maliyyə və müdafiə sektorlarına qarşı yeni sanksiyalar paketini təqdim etməyi planlaşdırır.

Avropa İttifaqı isə  oktyabrın 1-də Ukraynaya 4 milyard avro məbləğində növbəti fövqəladə makromaliyyə dəstəyi ayırıb.

Bunun 2 milyard avrosu pilotsuz uçuş aparatlarının istehsalına yönəldiləcək.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:24
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
G7 bu gün Rusiyanı neft gəlirlərindən məhrum edəcək
İqtisadiyyat 07:33
G7 bu gün Rusiyanı neft gəlirlərindən məhrum edəcək
AİB Azərbaycanda ilk manat istiqrazlarını buraxdı
İqtisadiyyat 17:28
AİB Azərbaycanda ilk manat istiqrazlarını buraxdı
Ölkədə son 5 ildə tranzit daşımalarının həcmi 5 dəfə artırıb
İqtisadiyyat 17:08
Ölkədə son 5 ildə tranzit daşımalarının həcmi 5 dəfə artırıb
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları sentyabrda 1 %-ə yaxın artıb
İqtisadiyyat 15:35
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları sentyabrda 1 %-ə yaxın artıb
Bank Respublikadan lombard krediti götürən müştərilər avtomobil və qızıl külçə qazanmaq şansı qazanacaq!
İqtisadiyyat 14:06
Bank Respublikadan lombard krediti götürən müştərilər avtomobil və qızıl külçə qazanmaq şansı qazanacaq!
Ölkədə suvarma sistemlərindən istifadə 11-12%-ə qədər artıb
İqtisadiyyat 12:42
Ölkədə suvarma sistemlərindən istifadə 11-12%-ə qədər artıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 12:30
Qızılın qiyməti bahalaşıb
Azərbaycanın çay idxalı azalıb
İqtisadiyyat 12:11
Azərbaycanın çay idxalı azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol