Sentyabrda metrodan istifadə edən vətəndaşların sayı açıqlanıb

2025-ci ilin sentyabrında 19 965 597 sərnişin metrodan istifadə edib. Bu barədə Bakı Metropoliteni məlumat yayıb.
Ötən ay 34 cüt qatar sxeminə keçidlə “28 May–Əhmədli” sahəsində pik saatlarda interval 1 dəqiqə 45 saniyəyə endirilib.
Ayın ən çox sərnişin qəbul edilən günü 15 sentyabrda (891 856 nəfər), ən sakit gün isə 7 sentyabrda( 405 892) qeydə alınıb.
1 oktyabr 2025-ci ildən metro və seçilmiş avtobus marşrutlarında gediş haqqı hər səfər üçün 60 qəpik olub. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.
Bu addım 2025–2030-cu illəri əhatə edən və Bakı ilə ətraf regionlarda nəqliyyat infrastrukturunun yenilənməsini nəzərdə tutan dövlət proqramı çərçivəsində geniş islahatların bir hissəsidir.
Aytac

