• $ 1.7
  • € 1.9857
  • ₽ 0.021172
  • ₺ 0.0395
  • £ 2.2883

Evsiz gənclərə ŞAD XƏBƏR

Evsiz gənclərə ŞAD XƏBƏR
25.12.2013 16:37

Azərbaycanda qəbul olunacaq ipoteka kreditləşməsi üzrə yeni strategiya çərçivəsində ölkə əhalisinin artan mənzil ehtiyaclarının ödənilməsi, uzunmüddətli və əlverişli ipoteka kreditləri hesabına mənzil əldə etmək imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Mərkəzi Bankının 2014-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatı"nda deyilir.

 

Bəyanata əsasən, bu sahədə nümunəvi dünya təcrübəsindən yararlanmaqla müxtəlif, lakin effektiv inteqrasiya edilmiş mənzil təminatı formalarının işlənməsi və həyata keçirilməsi diqqətdə saxlanacaq. Dövlət-özəl biznes tərəfdaşlığı əsasında bazara ucuz və eyni zamanda komfortlu mənzil təklifinin təmin edilməsi mənzil təminatının daha da yaxşılaşmasında mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, əhalinin şəxsi yığımlarının mənzil təminatı məqsədləri üçün istifadəsini müxtəlif vasitələrlə stimullaşdırmaq yolu ilə əhalinin mənzil təminatında alternativ və tamamlayıcı yeni maliyyə mənbələrini formalaşdırmaq mümkündür. Bu məqsədlə əmanət-yaşayış-tikinti banklarının nümunəvi dünya təcrübəsi əsasında inkişaf etdirilməsi mühüm prioritetlərdən biridir. Uzunmüddətli maliyyə mənbələrinin genişləndirilməsi məqsədilə özəl investorların ipoteka kreditləşməsi sisteminə cəlb edilməsi strateji əhəmiyyət daşıyır. Bunun üçün bazar prinsipləri əsasında ipoteka kreditləşməsi və maliyyələşdirilməsi məhsullarının yaradılması istiqamətdə müvafiq işlər həyata keçiriləcək.

 

Mərkəzi bankın hesablamalarına görə, hazırda Azərbaycan İpoteka Fondunun (AİF) və bankların öz resursları hesabına maliyyələşən ipoteka kreditlərinin ümumi həcmi 750 mln. manata çatıb. Bu il ərzində verilən ipoteka kreditlərinin həcmi 35%, o cümlədən güzəştli ailələrə kreditlər 33% artıb. Nəticədə, ipoteka kreditləri hesabına mənzil əldə edən ailələrin sayı 20 mini ötüb. İpoteka kreditlərinin maliyyələşdirilməsində dövlət büdcəsindən ayrılan vəsaitlərlə yanaşı bazardan cəlb edilən resurslar da mühüm rol oynayıb. AİF-in xətti ilə verilmiş ipoteka kreditlərinin 60%-dən çoxu maliyyə bazarından cəlb edilmiş uzunmüddətli borc vəsaitləri ilə maliyyələşdirilib. AİF-in bazardan cəlb etdiyi resursların həcmi 300 mln. manata çatıb. İpoteka kreditləşməsi prosesinin sadələşdirilməsi, bankların bu prosesdə fəaliyyətinin effektivliyini artırmaq məqsədilə iki mühüm institusional inkişaf layihəsi həyata keçirilib. İpoteka kreditləşdirilməsi proseduralarının, kredit öhdəlikləri üzrə ödənişlərin, bu sahədə klirinq və hesablaşmaların avtomatlaşdırılması məqsədilə «Elektron ipoteka sistemi» və «Elektron ödəniş və klirinq sistemi» yaradılıb.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Pulunu artırmağın parlaq yolu
İqtisadiyyat 15:43
Pulunu artırmağın parlaq yolu
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
İqtisadiyyat 15:31
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
İqtisadiyyat 10:12
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:10
Azərbaycan nefti bahalaşıb
Əmək müqavilələrinin sayı artıb
İqtisadiyyat 09:46
Əmək müqavilələrinin sayı artıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
İqtisadiyyat 08:56
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
İqtisadiyyat 08:45
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
Neft qiymətləri İran və Venesuela gərginliyi fonunda bahalaşır
İqtisadiyyat 08:39
Neft qiymətləri İran və Venesuela gərginliyi fonunda bahalaşır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol