Naxçıvanda vergi ödəyicilərinə göstərilən xidmətlərin sayı artıb

2025-ci ilin yanvar-sentyabrında Naxçıvanda Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 33 110 şəxs qəbul edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur. Bu barədə qurumdan bildirilib.
Bildirilib ki, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 44 450 xidmət göstərilib.
Ümumi xidmətlərin 85 %-ni 9 xidmət növü təşkil edib.
9 ay ərzində vergi ödəyicilərinə 664 698 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib, onlarla 88 görüş keçirilib, 365 sayda ünvanlı xidmət göstərilib, 2 569 müraciət üzrə 4 568 "ASAN İmza" sertifikatı verilib.
2024-cü ilin martın 1-nə Naxçıvan Muxtar Respublikasında aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 9,2 % artaraq 16 935 olub.
2024-cü ilin yanvar-martında Naxçıvanda ümumi daxili məhsul istehsalı (ÜDM) 318 milyon 794 manat olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,9% çoxdur.
Ölkədə Ümumi Daxili Məhsul istehsalı 2026-cı ildə 1,2 dəfə artım olacağı gözlənilir.
Mərkəzi Bankın məlumatına görə, 2025-ci ildə Azərbaycanda inflyasiya 5,4 % olacağı proqnozlaşdırılır
Aytac