• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

SOCAR “Ümid” yatağında 7067 metr dərinlikdə yeni qiymətləndirmə quyusu qazacaq

SOCAR “Ümid” yatağında 7067 metr dərinlikdə yeni qiymətləndirmə quyusu qazacaq
14.10.2025 15:16

“Neptun” adlı özüqalxan üzən qazma qurğusu vasitəsilə “Ümid” yatağının Cənub qanadında sualtı qiymətləndirmə quyusunun qazılması 2025-ci ilin oktyabr ayında planlaşdırılır. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bu layihə SOCAR tarixində ilk dəfə sualtı qiymətləndirmə quyusunun özüqalxan qazma qurğusu ilə qazılmasını nəzərdə tutur.

 Eyni zamanda, bu quyu “Ümid” yatağında indiyədək qazılan ən dərin quyu olacaq – layihə dərinliyi 7067 metr təşkil edir.

Qazma işlərinin 10 ay ərzində tamamlanacağı və quyunun lay sınağına təhvil veriləcəyi planlaşdırılır.

1 sentyabr 2025-ci il tarixinədək “Ümid” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində ümumilikdə 12,3 milyard kubmetr qaz və 1,8 milyon ton kondensat hasil edilib.


“Ümid” qaz-kondensat yatağı 2010-cu ildə Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 75 kilometr cənubda kəşf edilib. Layihə SOCAR tərəfindən idarə olunur və Azərbaycanın qaz hasilatı portfelində strateji əhəmiyyət daşıyır. Yatağın ikinci mərhələsi ölkənin enerji ixrac potensialını artırmaq məqsədi daşıyır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol