• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Azərbaycanda dizel yanacağının istehsalı 6 %-dən çox artıb

Azərbaycanda dizel yanacağının istehsalı 6 %-dən çox artıb
14.10.2025 16:20

2025-ci ilin yanvar-sentyabrında Azərbaycanda 1 milyon 861,9 min ton dizel yanacağı istehsal edilib. Bu, ötən ilin yanvar-sentyabr göstəriciləri ilə müqayisədə 6,2 % çoxdur. Bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb.

Ümumilikdə, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 4 milyard 047,3 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4 % azalıb.

Cari ilin  yanvar-sentyabrında Azərbaycanda 57,6 min ton mazut istehsal edilib. Bu göstərici 2024-cü ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 2,1 dəfə çoxdur.

Bu müddət ərzində Azərbaycanda 1 milyard 081,3 min ton həcmində avtomobil benzini istehsal edilib ki, bu göstərici də 2024-cü ilin ilk 9 ayının göstəriciləri ilə müqayisədə 1 % azdır.

Hesabat dövründə 27,3 min ton sürtkü yağları, 190,9 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 9 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 44,7 %, neft bitumunun istehsalı isə 9,9 % azalıb.

Hesabat dövründə ölkədə 169,2 min ton maye qazlar, 518,8 min ton ağ neft, 170,4 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 11,8 %, neft koksunun istehsalı 8,5 %, ağ neftin istehsalı isə 5,3 % artıb.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol