• $ 1.7
  • € 1.9877
  • ₽ 0.021931
  • ₺ 0.0381
  • £ 2.2818

Bank Respublika2025-ci ilin 9 ayı üzrə inamlı artım nümayiş etdirib

Bank Respublika2025-ci ilin 9 ayı üzrə inamlı artım nümayiş etdirib
14.10.2025 17:02

 

Bank Respublika cari ilin üçüncü rübündə biznesin bütün seqmentləri üzrə dinamik inkişaf göstərib

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2025-ci ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabata əsasən, bank sabit artım dinamikası nümayiş etdirərək Azərbaycanın ən fəal inkişaf edən maliyyə institutlarından biri statusunu bir daha təsdiqləyib.

Əldə olunan nəticələr bankın fəaliyyət istiqamətlərinin balanslı inkişafını və müştərilər, eləcə də tərəfdaşlar arasında yüksək etimadı əks etdirir.

Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün əsas maliyyə göstəriciləri üzrə əhəmiyyətli artım nümayiş etdirib:

2025-ci ilin üçüncü rübü üzrə əsas maliyyə göstəriciləri:

• Aktivlər - 26,3% artaraq 2,72 milyard manat təşkil edib;

• Məcmu kapital - 20,5% artaraq 249,04 milyon manata çatıb;

• Kredit portfeli - 16,6% artaraq 1,58 milyard manat təşkil edib;

• Depozit portfeli - 12,9% artaraq 1,52 milyard manat olub;

• Xalis faiz gəlirləri - 16,0% artaraq 126,89 milyon manat təşkil edib;

• Xalis əməliyyat mənfəəti - 12,44% artaraq 58,63 milyon manata çatıb;

• Xalis mənfəət - 9,9% artaraq 43,17 milyon manat təşkil edib.

Maliyyə sabitliyinin əsas göstəriciləri:

• I dərəcəli kapitalın adekvatlıq əmsalı (Tier I) — 10,26% (norma — 6,5%);

• Məcmu kapitalın adekvatlıq əmsalı — 13,74% (norma — 12,5%);

• Leverec əmsalı — 6,77% (norma — 5%).

 

1992-ci ildə təsis olunan Bank Respublika, bu gün Azərbaycanın aparıcı beş bankından biri kimi fəaliyyətini uğurla davam etdirir. Bankın səhmdarları arasında Almaniyanın ən iri maliyyə qurumlarından biri olan Sparkassen International Development Trust(Sparkassen-Finanzgruppe-nin üzvü) da yer alır.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
İqtisadiyyat 11:11
Azərbaycan Ermənistana 900 tona yaxın dizel göndərir
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti ucuzlaşıb
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
İqtisadiyyat 18:01
İsrailin zərbələri nəticəsində Livanda SEPAH üzvləri öldürülüb
Baş nazir iclas keçirib
İqtisadiyyat 17:30
Baş nazir iclas keçirib
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol