ARDNF qızıl ehtiyatlarını 38 ton artırıb

Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırımlarını əhəmiyyətli dərəcədə artırıb.
Fondun məlumatına görə, 2025-ci ilin doqquz ayı ərzində 38 tondan çox qızıl alınıb.
1 yanvar 2025-ci il tarixinə ARDNF-in qızıl ehtiyatı 146,6 ton təşkil edirdisə, 1 oktyabr tarixinə bu göstərici 184,8 tona çatıb. Beləliklə, Fond qızıl aktivlərini 38,2 ton artırıb.
N.Təbrizli