Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,81 ABŞ dolları və ya 1,19% azalaraq 67,03 ABŞ dolları səviyyəsində qeydə alınıb.
“Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 66 ABŞ dolları təşkil edib.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light”ın qiyməti 0,86 dollar və ya 1,3% enərək 65,02 ABŞ dollarına düşüb.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
“Azeri Light” markalı neftin tarixdə ən aşağı qiyməti 2020-ci il aprelin 21-də — 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda — 149,66 dollar olub.
Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilir. Layihədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65% təşkil edir.
Aytac