• $ 1.7
  • € 1.9763
  • ₽ 0.021317
  • ₺ 0.0405
  • £ 2.2638

“Lukoil” sanksiyalardan sonra xarici aktivlərini satmağı planlaşdırır

“Lukoil” sanksiyalardan sonra xarici aktivlərini satmağı planlaşdırır
28.10.2025 09:30

Rusiyanın “Lukoil” şirkəti bir sıra ölkələrin şirkətə və onun törəmə müəssisələrinə qarşı sanksiyalar tətbiq etməsindən sonra xaricdəki aktivlərini satmağı planlaşdırdığını açıqlayıb.

Bloomberg yazır ki, Vaşinqton Almaniyaya “Rosneft”in Almaniyadakı aktivləri ilə bağlı mülkiyyət məsələsini həll etmək üçün altı ay vaxt verib.

Almaniya hökuməti 2022-ci ilin sentyabrında Rosneft Deutschland və RN Refining & Marketing GmbH şirkətlərini nəzarətə götürərək, Şvedtdəki PCK, Karlsrue’dəki Miro və Vohburqdakı Bayernoil neft emalı zavodlarında pay əldə edib.

Politico nəşri isə Avropa İttifaqının “Lukoil” ilə maliyyə əlaqələrinin kəsilməsi və əməliyyatların qadağan olunması istiqamətində tədbirlər hazırladığını yazıb.

“Lukoil” hələ də Bolqarıstan və Rumıniyada zavodlara, Avropa boyunca isə yanacaqdoldurma məntəqələrinə malikdir.

ABŞ Maliyyə Nazirliyi oktyabrın 22-dən 23-nə keçən gecə “Lukoil” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib, Rusiyanı “sülh prosesinə ciddi maraq göstərməməkdə” ittiham edib.

Sanksiyalar həmçinin Rusiyada yerləşən 34 törəmə şirkəti əhatə edir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Belarusdan 80 ədəd xüsusi texnika alacaq
İqtisadiyyat 11:31
Azərbaycan Belarusdan 80 ədəd xüsusi texnika alacaq

Futbol və əyləncə bir arada – “CityNet TV”dən “Digiturk” paketinə xüsusi endirim!
İqtisadiyyat 11:26
Futbol və əyləncə bir arada – “CityNet TV”dən “Digiturk” paketinə xüsusi endirim!
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb
İqtisadiyyat 10:45
Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb
“Şahdəniz”də hasilat 258 milyard kubmetri keçdi, layihənin xərcləri 46 milyard dolları ötüb
İqtisadiyyat 10:21
“Şahdəniz”də hasilat 258 milyard kubmetri keçdi, layihənin xərcləri 46 milyard dolları ötüb
Bank sektorunun aktivləri artıb
İqtisadiyyat 10:15
Bank sektorunun aktivləri artıb
Biznes kreditlərinin həcmi sentyabrda 15,5 milyard manata çatıb
İqtisadiyyat 10:14
Biznes kreditlərinin həcmi sentyabrda 15,5 milyard manata çatıb
9 ayda dövlət xəttilə verilən kreditlərin həcmi açıqlanıb
İqtisadiyyat 10:10
9 ayda dövlət xəttilə verilən kreditlərin həcmi açıqlanıb
Ölkədə problemli kreditlərin məbləği artıb
İqtisadiyyat 10:04
Ölkədə problemli kreditlərin məbləği artıb
Qazaxıstan “Lukoil”u çıxarmağa hazırlaşır, bəs Azərbaycan?
İqtisadiyyat 10:00
Qazaxıstan “Lukoil”u çıxarmağa hazırlaşır, bəs Azərbaycan?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol