Ötən il Azərbaycanla Belarus arasında ticarət dövriyyəsi artıb
2024-cü ildə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 42 % artaraq 506 milyon ABŞ dollarına çatıb. Bunu Baş nazirin müavini Samir Şərifov Azərbaycan-Belarus Hökumətlərarası Komissiyasının 15-ci iclasında çıxışı zamanı deyib.
2025-ci il sentyabrın 1-nə olan məlumata görə, Azərbaycanda sənaye, ticarət, tikinti, nəqliyyat və xidmət sahələrində fəaliyyət göstərən 127 Belarus şirkəti qeydiyyatdan keçib, onlardan 85-i aktiv fəaliyyət göstərir. Azərbaycanda traktor parkının 80 faizədək hissəsini Belarus istehsalı olan texnikalar təşkil edir.
Aytac Zeynalova