İdxal olunan kərə yağının həcmi azalıb
2025-ci ilin doqquz ayında Azərbaycana idxal olunan kərə yağı və süddən hazırlanmış digər yağların həcmi 19 770,16 ton təşkil edib. Bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Bu məhsulların ümumi statistik dəyəri 136,4 milyon ABŞ dolları olub.
Müqayisə üçün, 2024-cü ilin eyni dövründə bu kateqoriyada idxal həcmi 22 204,69 ton, dəyəri isə 123,97 milyon dollar təşkil edib.
Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə kərə yağı və süd mənşəli yağların idxal həcmi 11 faiz azalsa da, dəyəri təxminən 10 faiz artıb, bu isə dünya bazarlarında qiymətlərin yüksəlməsi ilə əlaqələndirilir.
Aytac