Azərbaycan nefti ucuzlaşıb
 
            Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,29 ABŞ dolları və ya 0,43% azalaraq 65,95 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 65,25 ABŞ dolları olub. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin 1 barelinin qiyməti isə 0,33 ABŞ dolları və ya 0,5% azalaraq 63,87 ABŞ dollarına düşüb.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.
“Azeri Light” — Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “bp” konsorsiumunun işlədiyi “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən yüngül neft növüdür. SOCAR-ın layihədə payı 31,65%-dir.
“Azeri Light”ın ən aşağı qiyməti 2020-ci ilin 21 aprelində 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar səviyyəsində qeydə alınıb.
Azərbaycan nefti əsasən Ceyhan limanı vasitəsilə dünya bazarına ixrac olunur.
Aytac
Son xəbərlər             
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
        
Daha çox             
        
     
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    