2025-ci ildə qızıl ixracı 2,1 dəfə artıb
 
            
2025-ci ilin yanvar-sentyabrında Azərbaycan 238 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə qızıl ixracının ümumi dəyəri 115,3 milyon dollar təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd olunub.
Cari ilin sentyabrında Azərbaycan xaricə 27,8 mln. dollarlıq qızıl tədarük edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45,7% çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondu (ARDNF) qızıla yatırımlarını əhəmiyyətli dərəcədə artırıb.
Fondun məlumatına görə, 2025-ci ilin doqquz ayı ərzində 38 tondan çox qızıl alınıb.
1 yanvar 2025-ci il tarixinə ARDNF-in qızıl ehtiyatı 146,6 ton təşkil edirdisə, 1 oktyabr tarixinə bu göstərici 184,8 tona çatıb. Beləliklə, Fond qızıl aktivlərini 38,2 ton artırıb.
Aytac
 
                             
                             
                             
                             
                     
                         
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
         
         
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                     
                        
                    