Cəbrayılda içində milçək olan saxta araq aşkar edilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Cəbrayıl rayonunun Şükürbəyli kəndində yerləşən ərzaq mağazasında saxta spirtli içkilər aşkarlayıb.
Agentliyin məlumatına görə, Organic Light və Organic Vodka markaları altında satılan, müxtəlif həcmlərdə olan butulkalarda həşərat qalıqları aşkarlanıb.
Ekspertiza nəticəsində içkilərin spirt dərəcəsinin etiketdə göstərilən məlumatla uyğun gəlmədiyi müəyyən edilib.
Saxta məhsulların satışı dayandırılıb, məhsullar müsadirə edilərək anbarda saxlanılıb, materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
Araşdırma davam edir.
N.Təbrizli