Ölkədə pərakəndə ticarət dövriyyəsi artıb
2025-ci ilin yanvar-oktyabrında ölkədə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 52 milyard 615,7 milyon manatlıq, o cümlədən 28 milyard 664,5 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23 milyard 951,2 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Ötən ilin yanvar-oktyabrı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
Aytac