Doqquz ayda doğulan körpələrin sayı açıqlanıb
2025-ci ilin doqquz ayında 72 min 210 körpə doğumu qeydə alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,1-dən 9,4-ə düşüb. Bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.
Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,1 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,9 faiz olub.
Doğulan körpələrdən 2422-si əkiz, 78-i isə üçəm olub.
Əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan (12,0), Lənkəran-Astara (11,4), Qarabağ (11,2), Şərqi Zəngəzur (11,0), Mil-Muğan (10,8), Şirvan-Salyan (10,7), Qazax-Tovuz, Quba-Xaçmaz və Mərkəzi Aran (10,5) iqtisadi rayonlarında ölkə göstəricisindən (9,4) yüksək olub.
Aytac
Son xəbərlər
Daha çox