Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri yüksəlib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 2025-ci ilin oktyabr ayında əvvəlki ayla müqayisədə 0,7% artıb. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Bitkiçilik məhsulları üzrə indeks 0,9%, heyvandarlıq məhsulları üzrə 0,4% yüksəlib.
Meşə təsərrüfatı məhsullarının istehsalçı qiymətləri oktyabrda 0,4% azalaraq indeksin 99,6 faiz səviyyəsində olmasına səbəb olub.
Balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri isə dəyişməyərək 100% səviyyəsində qalıb.
Gülnar
Son xəbərlər
Daha çox