Azərbaycanda kredit portfeli il ərzində 9,3% artıb — Mərkəzi Bank
Azərbaycanda bank və digər kredit təşkilatlarının ümumi kredit portfeli 2025-ci il oktyabrın 1-nə 9,3% artaraq 31,04 mlrd manat təşkil edib. Bu barədə Mərkəzi Bankdan bildirilib.
Portfelin 82,9%-i və ya 25,75 mlrd manatı uzunmüddətli kreditlərin payıdır.
Kreditlərin 94,3%-i banklar, 5,7%-i isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin həcmi bir il ərzində 10% artaraq 528,1 mln manata yüksəlib və ümumi portfelin 1,7%-ni təşkil edib.
Aytac
Son xəbərlər
Daha çox