• $ 1.7
  • € 2.0386
  • ₽ 0.022208
  • ₺ 0.0392
  • £ 2.3529

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb
26.11.2025 10:26

Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti dünya bazarında 2,24 dollar və ya 3,34% düşərək 64,8 dollar olub.

Ceyhan limanında isə qiymət 3,51% azalaraq 62,68 dollara geriləyib.

Hərraclarda “Brent” markalı neftin yanvar fyuçersləri 62,84 dollar səviyyəsində formalaşıb.

Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light”ın bir barelinin qiyməti 2,28 dollar ucuzlaşaraq 62,68 dollar təşkil edib.

Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollar götürülüb.

“Azeri Light”ın tarixi minimum qiyməti 21 aprel 2020-ci ildə – 15,81 dollar, maksimum qiyməti isə iyul 2008-də – 149,66 dollar qeydə alınıb. Bu marka neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilir və layihədə SOCAR-ın payı 31,65%-dir.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızılın qiyməti 4 800 dollardan aşağı düşüb
İqtisadiyyat 23:30
Qızılın qiyməti 4 800 dollardan aşağı düşüb
"Azəralüminium"un ixrac gəlirləri artıb
İqtisadiyyat 15:40
"Azəralüminium"un ixrac gəlirləri artıb
Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
İqtisadiyyat 15:23
Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
İqtisadiyyat 14:53
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
İqtisadiyyat 14:11
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
İqtisadiyyat 14:09
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
"AzerGold"un ixrac gəlirləri artıb
İqtisadiyyat 13:44
"AzerGold"un ixrac gəlirləri artıb
Azərbaycan karbamid ixracından gəlirini artırıb
İqtisadiyyat 13:07
Azərbaycan karbamid ixracından gəlirini artırıb
DOST-un maliyyə durumu yaxın zamanlarda açıqlanacaq
İqtisadiyyat 11:59
DOST-un maliyyə durumu yaxın zamanlarda açıqlanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol