Oktyabrda qida məhsulları və siqaretin qiymətində 0,8% artım olub
Azərbaycanın istehlak qiymətləri indeksi üzrə aylıq inflyasiya oktyabrda 0,5% təşkil edib. İllik (12 aylıq) inflyasiya 5,9%, orta illik inflyasiya isə 5,7% səviyyəsində qeydə alınıb. Bu barədə Mərkəzi Bankın oktyabr üzrə blüttenində qeyd olunub.
Qida məhsulları, alkoqollu içkilər və tütün məhsullarında qiymətlər ay ərzində 0,8% artıb.
Bu kateqoriya üzrə illik inflyasiya 8,2%, orta illik göstərici isə 6,9% olub.
Qeyri-qida malları və ödənişli xidmətlər üzrə aylıq qiymət artımı 0,4% təşkil edib.
Sözügedən qrup üzrə illik inflyasiya 4,2%, orta illik göstərici isə 4,8% səviyyəsindədir.
Təkcə qeyri-qida mallarının qiymətləri ay ərzində 0,3% artıb; illik artım 2,5%, orta illik artım isə 2,6% olaraq qeydə alınıb.
Qida və qeyri-qida malları üzrə ümumi indeks ay ərzində 0,6%, illik müqayisədə 6,0%, orta illik hesablamada isə 5,2% artım göstərib.
Gülnar
Son xəbərlər
Daha çox