"Azərkosmos"un ixrac gəlirləri azalıb
2025-ci ilin yanvar-oktyabrında "Azərkosmos" 14,9 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. ``bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac İcmalı"nın noyabr sayında bildirilir.
10 ayda peyk telekommunikasiya xidmətlərini 41 ölkədən təxminən 100 şirkət idxal edib. Əsas ixrac istiqamətləri Böyük Britaniya (3,9 milyon ABŞ dolları), Lüksemburq (2,9 milyon ABŞ dolları), İsveç (904,8 min ABŞ dolları), Türkiyə (696,7 min ABŞ dolları) və Nigeriya (695,4 min ABŞ dolları) olub.
Hesabat dövründə "Azərkosmos"un ixrac gəlirlərinin onun ümumi gəlirlərindəki payı 66 % olub.
Təkcə oktyabrda isə "Azərkosmos" 35 ölkəyə 1,7 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 6,3% çoxdur.
Ötən ilin fevralda “Azərkosmos” 1,2 milyon ABŞ dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edib. Bu isə illik müqayisədə 25 % azdır.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox