Deputat: Qarabağa indiyə kimi 22 milyard manat vəsait xərclənib
Qarabağ və Şərqi Zəngəzurda bərpa və inkişaf işləri çərçivəsində 22 milyard manatdan çox vəsait xərclənib, ərazilərə qayıdış isə davam edir. Bunu dekabrın 2-də Milli Məclisin iclasında deputat Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, hazırda Laçında 5 mindən çox sakin, bütövlükdə isə azad edilmiş ərazilərdə 62 mindən çox insan yaşayır.
Mirkişili qeyd edib ki, regionda iqtisadi fəallıq artır: sənaye parklarında 50-dən çox rezident fəaliyyət göstərir və təxminən min nəfər daimi işlə təmin olunub.
Deputat həmçinin bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə bölgənin strateji əhəmiyyəti daha aydın görünəcək və ticarət əlaqələrinə əlavə dinamizm gətirəcək.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox