Magistral neft kəmərlərindən gəlirlər 4%-ə yaxın azalıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 764 511,5 min manat təşkil edib, bu da illik müqayisədə 3,6% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
2024-cü ilin müvafiq dövründə sözügedən göstərici 793 319 min manat səviyyəsində olub.
Bu ilin yanvar-sentyabrında Azərbaycanda neft kəmərləri ilə 27 592,8 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 4,4% azdır. Nəqletmənin 74,5%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 20 569,1 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 5,1% azdır.
2024-cü ildə Azərbaycanın magistral neft kəmərlərindən gəlirləri 1 058 072,5 min manat təşkil edib, bu da illik müqayisədə 4% azdır.
Ötən il Azərbaycanda neft kəmərləri ilə 38 752,1 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,5% azdır. Nəqletmənin 76%-i BTC ilə həyata keçirilib və hesabat dövründə bu kəmər vasitəsilə 29 470,9 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 2,4% azdır.
Son xəbərlər
Daha çox