Dəmir yolu ilə sərnişin daşımalarından gəlirlər artıb
2025-ci ilin anvar-sentyabrında Azərbaycanda dəmir yolu ilə sərnişin daşımalarından 12 071,1 min manat gəlir əldə olunub, bu da illik müqayisədə 48,4% artım deməkdir.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2024-cü ilin müvafiq dövründə qeyd olunan göstərici 8 135,7 min manat səviyyəsində olub.
Məlumata görə, yanvar-sentyabr aylarında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 7 156,8 min sərnişin daşınıb, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,5% çoxdur.
Son xəbərlər
Daha çox