Azərbaycanın "Azeri Light" nefti 1,46 dollar bahalaşıb
Dünya bazarlarında Azərbaycanın "Azeri Light" markalı yüngül neftinin bir barelinin qiyməti 1,46 dollar və ya 2,27% artaraq 65,71 dollara bərabər olub.
Qiymət artımı dünya enerji bazarlarındakı ümumi bahalaşma fonunda baş verib. Belə ki, geosiyasi risklərin artması ilə "Brent" markalı neftin qiyməti 62 dollar həddini keçib. Azərbaycan nefti yüksək keyfiyyətinə və tərkibində kükürdün azlığına görə "Brent" markalı neftə nisbətən mükafatla (premium) satılır.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
Qiymətlərin bu səviyyəyə yaxınlaşması ölkənin valyuta gəlirləri və Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin artımı baxımından strateji əhəmiyyət kəsb edir.
N.Təbrizli